Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Xəzərdə suyun səviyyəsi endi, “Sumqayıt” Elektrik Stansiyasına təhlükə yarandı

Xəzərdə suyun səviyyəsi endi, “Sumqayıt” Elektrik Stansiyasına təhlükə yarandı

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirib.

Bu barədə virtualaz.org-a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, yaranmış vəziyyətə səbəb 2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin mənfi 27,5 metrdən 28,3 metrə qədər aşağı düşməsidir.

T.Abdullayev deyib ki,  “Azərenerji” ASC həmin stansiyada yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədi ilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurmağa qərar verilib. 

“Bununla da ilk dəfə MDB məkanında soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında 8 ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək”,-o deyib.

T.Abdullayev əlavə edib ki,  ötən ilin payızından başlayaraq bu günə qədər “Sumqayıt” Elektrik Stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlığı artırılıb. 

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …