Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Sosial / Xəzərdə nəhəng tanker neft buruğu ilə toqquşdu

Xəzərdə nəhəng tanker neft buruğu ilə toqquşdu

Xəzər dənizində Rusiyaya aid nəhəng tanker neft buruğu ilə toqquşub. Virtualaz.org xəbər verir ki, “Baza” Telegram-kanalına istinadən Rusiya KİV-ləri bu haqda yazır.

Məlumata görə, “Konstruktor Jivotovski” tankeri mayın 6-da Həştərxan limanından Bakıya doğru yola çıxıb, mayın 12-də Xəzərin Azərbaycan sularında pis hava şəraiti səbəbindən neft buruğu ilə toqquşub. Toqquşma nəticəsində gəmi heyətindən heç kim xəsarət almayıb, amma tanker özü zədələnib və mayın 13-dən etibarən Bakı limanındadır. Təmir üçün mütəxəssislərin gəlişini gözləyir.

Tankerin 4.5 min ton qaz-kondensat qarışığı ilə yükləndiyi bildirilir, amma insident nəticəsində dənizə neft məhsullarının axması baş verməyib. Rusiyanın federal dəniz və çay nəqliyyatı Agentliyindən TASS-a bildiriblər ki, insident qatı duman nəticəsin də baş verib, tanker dumanda “yolunu azıb” və Azərbaycan milli neft şirkətinə aid köhnə platforma ilə toqquşub. Agentlik insidentin “praktiki olaraq yoluna qoyulduğunu” bildirir. Virtualaz.org

Həmçinin oxuyun

Nazirlik əhalini ehtiyatlı olmağa çağırır – Hava ilə bağlı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin …