Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Sosial / Xəzərdə batanların sayı buna görə artırmış – VİDEO

Xəzərdə batanların sayı buna görə artırmış – VİDEO

Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.

Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə ildə yayda dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.

Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.

Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro – meqa bloklar  var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.

Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cu ildə də müşahidə olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

https://newstube.az/embed/160847

Həmçinin oxuyun

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın Vərəm şöbəsində stasionar şəraitdə müalicə …