Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Xəzərdə balıqçılar təhlükədə – Külək qayığı aparır

Xəzərdə balıqçılar təhlükədə – Külək qayığı aparır

Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. 

Dövlət Dəniz Agentliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …