Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Sosial / “Xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70-75%-nin yaşı 50-dən çoxdur” –Ramin Bayramlı

“Xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70-75%-nin yaşı 50-dən çoxdur” –Ramin Bayramlı

“Əsas hədəflərimizdən biri növbəti 2 həftə ərzində tibb işçilərinin peyvəndlənməsini tamamilə yekunlaşdırmaqdır. Ardınca 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyası planlaşdırılır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sonrakı mərhələdə isə risk qrupuna aid insanlar başda olmaqla bütün vətəndaşlar peyvənd olunacaq: “Əhali arasında immunitetin olması üçün kütləvi vaksinasiya mütləqdir. İlk növbədə risk qrupları, sonrakı mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Bununla da xəstəxanalarda aktiv xəstələrin sayında nəzərə çarpacaq qədər azalmanı hədəf kimi müəyyənləşdirmişik. Çünki xəstəxanalarda müalicə alan xəstələrin 70-75%-i məhz 50 yaş üzərində olan şəxslərdir”.

R.Bayramlı əlavə edib ki, gələcəkdə daha aşağı yaş qrupları üzrə əhalinin peyvənd olunması nəzərdə tutulub: “Bunun üçün vaksin istehsalçıları ilə həm ikitərəfli, həm də Çinin “SinoVac” şirkətinin təsisatı çərçivəsində müzakirələr davam etdirilir. Bu müzakirələrin yekunu olaraq ölkəyə peyvəndlər gətiriləcək”.

Xatırladaq ki, ölkədə yanvarın 18-dən etibarən vaksinasiya prosesi başlanılıb.

Həmçinin oxuyun

Badamdar yenidən sürüşür – VİDEO

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yenidən sürüşmə hadisəsi baş verib. Baku.TV-nin əməkdaşları hadisə yerindən …