Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / “Xəcalətim özümə bəsdir, kimin yaydığını bilirəm” – Videosu yayılan müəllim DANIŞDI

“Xəcalətim özümə bəsdir, kimin yaydığını bilirəm” – Videosu yayılan müəllim DANIŞDI

Zığ qəsəbəsində yerləşən 317 nömrəli məktəbin 1b sinfində müəllimin şagirdlərlə kobud rəftarı ilə bağlı video yayılıb. Videoda müəllimin uşaqlarla pis rəftarı, onları təhqir etməsi əks olunub.

Bəzi valideynlər hadisənin noyabr ayında baş verdiyini, amma hələ də həmin müəllim haqqında ölçü götürülmədiyini əsas gətirərək yenidən məsələni ictimailəşdirmək qərarına gəliblər. Onlar həmin müəllimin fəaliyyətini davam etdirdiyini və şagirdlərə hələ də psixoloji, fiziki şiddət göstərdiyini iddia ediblər.

Bizim.media xəbər verir ki, 317 nömrəli məktəbin ibtidai sinif müəllimi Nargilə Nəsirova hadisə ilə bağlı bu fikirləri səsləndirib:

“O videonu valideynlərin istəyi ilə çəkdim. Valideynlər övladları ilə maraqlanmaq və onların potensiallarını görmək üçün bu videonu məndən istədilər. Mən də videonu çəkib, qrupa göndərdim. Əslində, videoda uşaqlar səs salır, qaçışır, lakin həmin hissələr yoxdur. Çünki o videonu valideyn komitəsinin sədri yayıb. O qadın digər valideynlərlə də yola getmir, ondan narazıdırlar.

Paylaşılan videoda qərəzli valideyn özünə sərf edən hissələri kəsib. Videonu istədiyi formaya salandan sonra səhifəsində paylaşıb. Paylaşımına da yazıb: “Elə edəcəm ki, o müəllim özünü öldürsün, adam içinə çıxa bilməsin”.

Üzərinə qışqırdığım uşaqların valideynlərindən, məktəbdən üzrxahlıq etdim. 2 aydır nələr çəkirəm, bir Allah bilir.

Xəcalətim özümə bəsdir. Üzərinə qışqırdığım uşağın evinə getdim, üzrxahlıq etdim. Gərək elə qışqırmazdım. Ancaq həmin ərəfədə uşaqlar məni o həddə çatdırmışdı. Yenə də özümə haqq qazandırmıram”.

Nargilə Nəsirova qeyd edib ki, noyabrın 23-də şiddətli töhmət alıb:

“Söz verdim ki, bir də belə bir hadisə olmayacaq. 2 aydan sonra o valideynin digər valideynlərlə də problemi çıxdı. Mənə şikayətə gəldilər, onlara dedim ki, özünüz seçmisiniz. Sonradan bu video yayıldı. Valideynlər də bilir ki, necə insanam. Sözügedən video yayılandan sonra ikinci dəfə izahatımı aldılar, bu gün də iclas olacaq”.

O, 2 gün öncə bir uşağın burnunu qanatması ilə bağlı iddialara isə belə cavab verib:

“Elə bir hadisə olmayıb. Bunlar boş söhbətlərdir. Belə bir hadisə olsaydı, mənim sinfimdə uşaq qalmazdı”.

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …