Şənbə , May 28 2022
Ana səhifə / Sosial / Xəbəri olmadan adına VÖEN açılıb, 58 min borcu var -VİDEO

Xəbəri olmadan adına VÖEN açılıb, 58 min borcu var -VİDEO

Saatlı rayon sakini Yəhya Caxalovun adına özünün xəbəri olmadan VÖEN açılıb.

Belə ki, vergi xidmətindən göndərilən məktubda isə onun külli miqdarda borcunun olduğu qeyd edilib.

Hazırda Zərdab rayonunda kirayədə qalan Yəhya Caxalov iddia edir ki, aidiyyəti dövlət qurumundan ona məktublar gəlib və bu məktublarda onun dövlətə 59 min manata yaxın borcunun olduğu qeyd edilib. O da məsələni araşdırdıqda şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında adına VÖEN açdırıldığını öyrənib.

Hazırda sistemdə onun 58 min 751 manat borcunun olduğu görünür. Yəhya iddia edir ki, ona bu VÖEN əsasında 2021-ci ildə alqı-satqı işləri aparıldığı bildirilib. Özü ümumiyyətlə o işlərlə məğşul olmadığını və fəhlə işlədiyini deyir. Qeyd olunan tarixdə isə xəstəxanada müalicə alırmış.

Məsələ ilə baglı 5 saylı Ərazi Vergilər İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Yəhya Caxalov Saatlı rayon vergi şöbəsinə rəsmi müraciət edib. Onun izahatı alınıb. Hazırda fakt araşdırılır. Əgər iddialar təsdiqini tapmasa, sözügedən borc silinəcək. Yəhya Caxalov isə hüquq- mühafizə orqanlarına müraciət edəcəyini deyir.

Həmçinin oxuyun

“Heyvanların başını, dilini, toyuq cəsədlərini, dərisini kolbasa və sosiskaya qatırlar”

“Kolbasa və sosiska məhsulları bazarın ən çox çirklənmiş seqmentlərindən biridir. Çox təəssüflər olsun ki, bu …