Bazar ertəsi , May 23 2022
Ana səhifə / Sosial / Xəbəri olmadan adına 5 şirkət açilib və böyük məbləğdə vergi borcu yaranıb – VİDEO

Xəbəri olmadan adına 5 şirkət açilib və böyük məbləğdə vergi borcu yaranıb – VİDEO

Astara sakini Zaur Sovqatovun xəbəri olmadan adına 5 şirkət açilib və 30 min manata yaxın vergi borcu yaranıb.

Bunu Zaur Sovqatov özü iddia edir.

Astara rayonunun Toradi kənd sakini Zaur Sovqatov qeyd edib ki, 2018-ci ildə ünvanlı sosial yardım almaq üçün yaxın dostu, Bakının Binə qəsəbəsində yaşayan Rövşən Hüseynovdan kömək istəyib. Onun iddiasına görə, dostu Rövşən bildirib ki, ona səlahiyyətli nümayəndə qismində etibarnamə verilsə, bu işi həll edə bilər. Bildirdiyinə görə, etibarnamə verdikdən aylar sonra aldadıldığını anlayıb.

Zaur Sovqatov 5 şirkətin  təsisçisi və rəhbəri olduğunu məhkəmə vasitəsi ilə öyrəndikdən sonra Rövşən Hüseynovla əlaqə saxlayıb. Ondan bu borcun necə yarandığını soruşub. İddia edir ki, Rövşən Hüseynov bu məsələnin qısa zamanda qaydasına qoyacağını söyləyib, amma son iki ay ərzində onunla əlaqə saxlamaq mümkün olmayıb.

Zaur Sovqatov başına gələn hadisə ilə bağlı hüquq-müfafizə orqanlarına və digər dövlət qurumlarına müraciət edib.

İndi Zaur Sovqatov problemin araşdırılacağına və həll ediləcəyinə ümid edir.

Ekspertlər isə bildirirlər ki, vətəndaşlar özlərinə aid rəsmi sənədləri heç kəsə verməməlidirlər. Əgər kiməsə etibarnamə verilərsə, konkret olaraq hansı məsələ üzrə səlahiyyətin digər şəxsə ötürüldüyü həmin sənəddə öz əksini tapmalıdır. Bütün sahələrdə təmsil etdiyi şəxsin adından qərar vermək üçün tam hüquqların verilməsini nəzərdə tutan ümumi etibarnamənin təqdim edilməsi məsləhət görülmür.

Həmçinin oxuyun

Bakıda ən yaxşı hava hansı ərazilərdədir? – VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolıgiya Xidmətinin əməkdaşları Bakıda növbəti dəfə hava keyfiyyətinə nəzarət …