7NEWS.az xəbər verir ki, tanınmış blogger Bəxtiyar Hacıyev BNA şefinə
ismarıc göndərib. Sosial şəbəkə üzərindən yayılan müraciəti təqdim
edirik: ‘Biri BNA sədri Vüsal Kərimliyə başı eyş-işrətdən, kef
məclisindən açılanda başa salsın ki, kiçik bir ərazidə gün ərzində 500
sürücü cərimələnirsə, o 500 sürücü axmaq ola bilməz. Heç kim axmaq deyil
ki, park etməyə yaxınlıqda boş yer olsun, amma cərimə etdiyinizi
bildiyi yerdə park etsin. Axmaq sən və səni cərimələrlə nəyisə
dəyişdiyini sənə deyən komandandakı adamlardır ki, hər gün eyni yerdə
500 nəfəri cərimə edib, eyni mənzərəni gördüyü halda, bir … yediyini
düşünür.
Sənin
o cərimələrinin nəqliyyatın hərəkətinə, vəziyyətin dəyişməsinə (yumşaq
desək) iynənin ucu qədər təsiri yoxdur. Yeganə təsir camaatın cibindəki
pulun bir az azalmasına, bir də camaatın hakimiyyətə qarşı qəzəbinin
kəskin artmasınadır. Gənc məşuqələrlə işrətdən sonra son aylarda yeganə
məharətlə etdiyiniz tək budur.
Bəsti
Bağırova və Naxçıvani küçəsi, A.Şaiq ilə C.Cabbarlı arasında xəstəxana
var, camaatı rayonlardan xəstə uşağını gətirir “OMD” qarşısında
saxlayır. Onlarla 16 mərtəbəli yaşayış binası var, 3-4 böyük biznes
mərkəzi var, minlərlə insan işləyir, minlərlə insan gəlib-gedir bu
mərkəzlərə. Favorit, Bravo olmaqla onlarla mağaza və kafelər var. Amma
yolun sağına və soluna “dayanmaq və durmaq qadağandır” işarəsi qoyulması
bir tərəfə, bucaq altında parklanma işarəsi olan yerlərdə də paralal
parklanmanı məcbur etmisiniz. Bu isə 100 maşın park edəcəyi yerdə 50
maşının park etməsi deməkdir ki, nəqliyyatın hərəkətinə zərrə qədər
müsbət təsir etmir, sadəcə, 50 maşın daha çox cərimə edirsiniz.
Nə
edək, Rövnəq Abdullayev kimi “al, bu da cəriməsi, hələ 2 gün də burada
saxlayacam” deyə biləcək, 20 manatından keçəcək 100-200 gənc sürücü
tapaq, nəqliyyatın hərəkətini iflic edəcək yerlərdə eyni gün və eyni
saatda saxlayaq ki, o boş başınıza girsin ki, kritik yerlərdə cəriməniz
heç nəyi həll etmir? Bəlkə, 500 nəfərin hər gün saxlayıb, nəqliyyatın
hərəkətinə mane olmadığı yerlərdə isə qadağa işarəsi qoymaqla o 500
sürücünü cərimələməyinizin 500 nəfərin yox, sizin axmaqlığınız olduğunu
belə sübut edək?
Yaxşı
başlamışdınız, gül kimi reputasiyanız vardı, nəqliyyatda Ziya Məmmədov
və qoçuları, eyş-işrətdə Dan Bilzerian yolu seçməklə, özünüzü daha aşağı
endirdiniz.’
Ana səhifə / Sosial / Vüsal Kərimlini yıxıb-sürüdülər: “Gün ərzində 500 sürücü cərimələnirsə, o 500 sürücü axmaq ola bilməz”
Həmçinin oxuyun
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq
Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …