Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Vurğun Əyyub Müsavata qaytarıldı

Vurğun Əyyub Müsavata qaytarıldı

Ötən gün Müsavat Partiyasının Binəqədi rayon təşkilatının Şura iclası keçirilib. İclasda təşkilatın özəyinin Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı qərarı ləğv olunub. Şura ozəyin qərarlarının saxta olduğunu müəyyənləşdirib və özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədrinə töhmət verilməsi barədə qərar qəbul edib.

Bununla bağlı APA-ya açıqlama verən V. Əyyub bu qərarın onun üçün gözlənilməz olduğunu bildirib: “Binəqədi rayon təşkilatının özəyi Nizamnaməyə zidd olaraq iştirakım olmadan, uydurma əsaslarla məni partiyadan uzaqlaşdırmışdı. Dünən keçirilən rayon təşkilatının Şura iclası özəyin qərarını ləğv edib. Mən Şura üzvlərinə göstərdikləri bu diqqətə görə təşəkkürümü bildirirəm. Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Müsavatda heç də hamı partiya rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının Nizamnamədən kənar addımlarına göz yummaq, onların sifarişlərinə tabe olmaq niyyətində deyil”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın