Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Vüqar Qədirov: “Bununla da Azərbaycan barədə məğlub dövlət təsəvvürləri birdəfəlik məhv oldu”

Vüqar Qədirov: “Bununla da Azərbaycan barədə məğlub dövlət təsəvvürləri birdəfəlik məhv oldu”

“Ali Baş Komandanımızın bir əmri kifayətdir ki, erməni terrorçularını, işğalçılarını Vətən torpağından süpürüb tarixin zibil yeşiyinə ataq”
Bir sıra bizdən asılı olmayan səbəblərə görə Azərbaycan Dağlıq Qarabağ və ona bitişik olan bir sıra əraziləri itirib. Uzun illərdir əldə edilən atəşkəs rejimi nəticəsində aparılan sülh danışıqlarının da heç bir faydası olmadı.
Faktiki olaraq ermənilər öz işğalçı siyasətindən əl çəkmir. Azərbaycan isə beynəlxalq öhdəliklərə sadiq qalaraq gözləmə mövqeyini tutsa da, hər zaman bəyan edir ki, torpaqların müharibə yolu ilə geri qaytarılması istisna olunmur. Uzun sürən bu vəziyyət Azərbaycan barədə əsassız fikirlərin yaranmasına da rəvac verib. Həm daxildə, həm də xaricdə Azərbaycana məğlub durumda olan dövlət kimi baxanlar var idi. Cəbhədə yaşanan son gərginlik bir sıra vacib mətləblərə işıq saldı. Azərbaycan Ordusunun göstərdiyi hünər yanlış təsəvvürləri alt-üst etdi.
Son hadisələr Azərbaycana məğlub tərəf kimi baxanların düşüncəsində daha hansı izləri buraxmış oldu?
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov  bildirdi ki, Ermənistan 2 aprel 2016-cı il tarixdən etibarən təmas xətti boyunca atəşkəsi yenidən pozub, bununla da dinc əhalinin yaşadığı kənd və qəsəbələri ağır silahlardan – artilleriyadan atəşə tutub:

“Öz havadarlarının diqtəsi və dəstəyi ilə atəşkəsi mütəmadi olaraq pozan, beynəlxalq hüquq normalarını, BMT-nin qətnamələrini daim heçə sayan Ermənistanın bu hərəkətləri təbii ki, Azərbaycanın səbr kasasını daşdırıb. Rəşadətli Azərbaycan Ordusunun bir həmləsilə darmadağın olan terrorçu birləşmələrin canlı qüvvə və texnika baxımından böyük itkilər verməsi, ordumuzun işğal altındakı strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi düşmən qüvvələrin panikaya düşməsinə, silahlarını ataraq arxa səngərləri də boşaldıb qaçmasına gətirib çıxarıb. Terroru və təcavüzü özünün dövlət siyasətinə çevirən, diaspor təşkilatlarının köməyilə özünü havadarlarının ərköyün uşağı kimi aparan Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin düyünlənmiş yumruğunun qarşısında tab gətirə bilmədi.
Bütün xalqımızın qəlbi ön cəbhə ilə döyündü. Ali Baş Komandanımızın bir əmri kifayətdir ki, erməni terrorçularını, işğalçılarını Vətən torpağından süpürüb tarixin zibil yeşiyinə ataq. Son hadisələr göstərdi ki, Azərbaycan xalqında olan inam, iradə, Silahlı Qüvvələrimizin peşəkarlığı, vətənpərvərliyi və döyüş əzmi, qarşı tərəfin isə qorxu, xof və panika içərisində qaçmağı üstün tutması onu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcəyik və Vətən torpaqlarını terrorçulardan birdəfəlik təmizləyəcəyik. Bununla da Azərbaycan barədə məğlub dövlət təsəvvürləri birdəfəlik məhv oldu”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Azərbaycanda yenə koronavirusa gündəlik yoluxma 3 mini keçdi, 30 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb …

Bir cavab yazın