Ana səhifə / Sosial / VÖEN-in olması 190 manatlıq yardım almağa əngəldir? – AÇIQLAMA

VÖEN-in olması 190 manatlıq yardım almağa əngəldir? – AÇIQLAMA

“VÖEN-in olması 190 manatlıq yardım almaq üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyəti üzrə baxılmalıdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O qeyd edib ki, bunun yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır. 

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə əlavə edib ki, bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini ilə danışıb:

“Bu məsələ ətrafında çox söhbətlər olur. Nazir müavini ilə razılaşmışıq, VÖEN-in bu məsələyə aidiyyəti yoxdur. VÖEN, sadəcə, bir nömrədir.

Buna görə imtina alınıbsa, bu gün də təkrar müraciət edə bilərlər. Əgər yenə anlaşılmazlıq yaranarsa, aidiyyəti quruma müraciət edə bilərlər”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …