Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Vladimir Putin: “NATO-da müttəfiqlər yoxdur, ancaq vassallar var”
Russian President Vladimir Putin holds a meeting with senior government officials at the Novo-Ogaryovo residence outside Moscow, Russia, on Wednesday, Sept. 30, 2015. Russian military jets carried out airstrikes against the Islamic State group in Syria on Wednesday for the first time, after President Vladimir Putin received parliamentary approval to send Russian troops to Syria. (Alexei Nikolsky/RIA Novosti, Kremlin Pool Photo via AP)

Vladimir Putin: “NATO-da müttəfiqlər yoxdur, ancaq vassallar var”

Rusiya Federasiyasının prezidenti Vladimir Putin NATO-nu ABŞ-ın xarici siyasətinin aləti adlandırıb. Rusiya dövlət başçısının rejissor Oliver Stouna müsahibəsini “Politico” nəşri yayıb.

Putin bildirib ki, alyansdakı dövlətlər ABŞ-ın vassallarıdır. “Bu gün o, (NATO) ABŞ-ın xarici siyasət alətidir. Orada müttəfiqlər yoxdur, ancaq vassallar var” – deyə prezident qeyd edib.

Kreml rəhbəri bununla yanaşı vurğulayıb ki, hansısa ölkə NATO üzvü olduqda o, alyansın iri ölkəsi – lideri ABŞ-ın təzyiqlərinə çətinliklə müqavimət göstərə bilir.

“Orada hər şey çox asanlıqla peyda olur. Nə lazımdırsa – raket əleyhinə sistemlər, yeni bazalar və əgər tələb olunsa, yeni zərbə kompleksləri” – deyə Rusiya lideri əlavə edib.

Həmçinin oxuyun

Vəfat edənlərin pensiya kapitalını bu şəxslər ala bilər? – Açıqlama

 “Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil”.  Bunu Qaynarinfo-ya …

Bir cavab yazın