Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Vladimir Putin: “Azərbaycanla əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb”

Vladimir Putin: “Azərbaycanla əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb”

“Azərbaycanla əməkdaşlıq strateji tərəfdaşlıq xarakteri alıb. Bu isə əlaqələrin şaxələndirilməsi üçün çox vacibdir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan həcmi dollar ifadəsində azalan ticarət dövriyyəsinin artırılması yollarını tapa bilər.

V.Putin bu azalmanın səbəbləri kimi dünya iqtisadiyyatında və ölkələrin iqtisadiyyatındakı böhranı, ölkələrin ənənəvi ixrac mallarının qiymətinin aşağı düşməsini, bununla əlaqədar olaraq valyuta məzənnələrindəki problemi göstərib.

“Fiziki həcmləri biz yenə saxlayırıq. Amma bizim perspektiv vəd edən yaxşı layihələrimiz var. Özü də söhbət təkcə energetika sahəsindəki layihələrdən yox, digər sahələrdəki mümkün ideyalardan gedir”, – deyə Rusiya prezidenti bildirib.

V.Putin qeyd edib ki, 600-ə yaxın Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərir, birbaşa investisiyaların həcmi isə təqribən 1,5 milyard dollar təşkil edir.

“Xəzər dənizində əməkdaşlığımız, o cümlədən hərbi əməkdaşlıq davam edir”, – deyə, o vurğulayıb.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın