Çərşənbə , İyul 8 2020
Ana səhifə / Sosial / “Virusun geniş yayılmasına metronun da təsiri var” -Açıqlama

“Virusun geniş yayılmasına metronun da təsiri var” -Açıqlama

İyunun 27-ə olan məlumata görə, koronavirusa ümumi yoluxma hallarında Bakının payı 53,4 faiz təşkil edir. Baxmayaraq ki, rəsmi statistikaya görə, ölkə əhalisinin 22,6 faizi Bakıda yaşayır. 

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun hesablamalarına görə, Bakının yoluxanların ümumi sayında xüsusi çəkiyə görə liderlik etməsində yalnız ölkə əhalisi deyil, həmçinin iqtisadiyyatın istehsal, maliyyə, ticarət və xidmət sektorunun əsasən burda cəmlənməsinin əhəmiyyətli rolu var. 

“Heç şübhəsiz ki, Bakıda koronavirusun geniş yayılmasına metronun da neqativ təsiri vardır. Verilən məlumatların bazasında əhali sayı ilə paralellər əsasında hazırladığım müqayisəli diaqram göstərir ki, əhali sayına nisbətə ən çox yoluxma sayı ölkə üzrə Abşerondadır. 

Belə ki, yalnız Bakı və Abşeronda yoluxma hallarının ümumi sayda xüsusi çəkisi əhalinin sayının ümumi əhalidəki payı ilə müqayisədə üstünlük təşkil edir. Bakıya nisbətən də pis vəziyyət Abşeron iqtisadi rayonundadır, bu iqtisadi rayona Abşeron, Sumqayıt və Xızı daxildir. Burda yoluxanların ümumi yoluxamadakı xüsusi çəkisi əhali sayının ümumi əhali sayında nisbəti müqayisədə 3 dəfəyədək çoxdur. Belə ki, əhalinin 5,3 faizi yaşayan Abşeronda yoluxanların ümumi sayda xüsusi çəkisi 15,8 faizdir.

Əgər rəsmi statistikaya inansaq, əhalinin 4,6 faizi yaşayan Naxçıvanda yoluxma 0,03 faiz, əhalinin 12,9 faizi yaşayan Gəncə-Qazax iqtisadi rayonunda 9,4 faiz, əhalinin 6,3 faizi yaşayan Şəki-Zaqatala iqtisadi rayonunda 1,3 faiz, əhalinin 9,6 faizi yaşayan Lənkəran iqtisadi rayonunda 6,1 faiz, əhalinin 5,6 faizi yaşayan Quba-Xaçmaz iqtisadi rayonunda 1,7 faiz, əhalinin 20,3 faizi yaşayan Aran iqtisadi rayonunda 7,8 faiz,əhalinin 6,9 faizi yaşayan Yuxarı Qarabağ iqtisadi rayonu 1,2 faiz, 3,3 faizi yaşayan Dağlıq Şirvan iqtisadi rayonunda 1,3 faizdir.

Burda iki istisna mövcuddur. 

1. Əhalinin 2,6 faizi Kəlbəcər-Laçın iqtisadi rayonuna aid edilməsinə baxmayaraq, bu iqtisadi rayonda yoluxanların sayı barədə ayrıca məlumat yoxdur.

2. Rəsmi məlumata görə, Azərbaycandakı koronaviruslu xəstələrin 1,6 faizi ölkə xaricində yoluxanlardır.

Yekun olaraq bildirəm istərdim ki, iqtisadi rayonlar üzrə digər göstəricilər bazasında da belə müayisələr aparmaq mümkündür. Məsələn, iqtisadi rayonlarda çarpayı sayı, həkimlərin sayı və sair. Sadəcə bununla bağlı məlumatlara çıxış olmadığından belə paralel diaqramlar qura bilmədim. Tövsiyyə edirəm ki, Nazirlər Kabinetinin operativ qərargahı və yaxud TƏBİB onları hazırlayıb dərc etsin”.

“Virusun geniş yayılmasına metronun da təsiri var” -Açıqlama

Həmçinin oxuyun

Kamran Əsədov: “Baş nazirin yeni qərarı təhsil haqlarının artırılması demək deyil”

Təhsil eksperti Kamran Əsədov Baş Nazir Əli Əsədovun bu gün təhsil haqqı ilə bağlı imzaladığı …