Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Vilayət Quliyev nazirlikdən şikayətləndi: “İstərdik, bizə də məlumat verilsin”

Vilayət Quliyev nazirlikdən şikayətləndi: “İstərdik, bizə də məlumat verilsin”

Məlum olduğu kimi, Macarıstanın paytaxtı Budapeştdə güləşdə qeyri-Olimpiya çəkiləri üzrə dünya çempionatı keçiriləcək. Bu dünya çempionatında Azərbaycanı təmsil edəcək 6 idmançıya Azərbaycanın Budapeştdəki səfirliyinin əməkdaşları da yarışların keçirildiyi zaldan dəstək verəcək.

Qaynarinfo.Az-ın Budapeştə ezam olunmuş əməkdaşı bu məqsədlə Azərbaycanın Budapeştdəki səfirliyinə baş çəkib və fövqəladə və səlahiyyətli səfirimiz Vilayət Quliyevdən bu yarış haqda qısa açıqlama alıb.

Sabiq Xarici İşlər Nazirimiz bu haqda bunları deyib: “Macarıstanda Azərbaycan icmasının sayı o qədər də çox deyil. Lakin bununla bərabər burda da azərbaycanlılar yaşayır, tələbələr təhsil alır. Azərbaycanla bağlı müəyyən tədbirlərdə iştirak edirik. Güləş üzrə dünya çempionatı da bunların arasındadır. Güləş Azərbaycanda ən populyar idman növləri arasındadır. Bu idman növündə idmançılarımız həmişə Azərbaycanı uğurla təmsil edib. Bu dəfə də idmançılarımızdan uğurlu nəticələr gözləyirik. Lakin bu məqamda bir şeyi də vurğulamaq yerinə düşər. Nədənsə biz həmişə belə yarışları Azərbaycanın Gənclər və İdman Nazirliyindən yox, Macarıstandakı müvafiq qurumlardan öyrənirik. İstərdik ki, bizə də hər hansısa bir yarış keçirilməzdən öncə məlumat verilsin. Biz də sevə-sevə həmin yarışlarda idmançılarımıza dəstək verməyə hazırıq”.

Qeyd edək ki, sözügedən yarışa fərdi növlər üzrə bu gün start veriləcək və dekabrın 11-də dünya çempionatına yekun vurulacaq.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın