Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / “Videodakı üç lüt qız Azərbaycanı tərk edə bilər”

“Videodakı üç lüt qız Azərbaycanı tərk edə bilər”

Videodakı qızlar ictimai qınağın təsirindən və təhlükələrdən uzaqlaşmaq üçün ölkədən gedə bilərlər.

Bunu buta.media-ya “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Bakıda içki içib, çılpaq mahnı oxuyub, video çəkdirən qızlarla bağlı rəyində bildirib.
Onun sözlərinə görə, görünür, kifayət qədər ailədə nəzarət mexanizmi olduqca zəif olub, yaxud hədsiz avtoritar münasibət olub.
“Bəzən qızlar belə avtoritar mühitdən azad olmağı belə görür. Bütün məsuliyyət hissini unudur, öhdəliklər yaddan çıxır və ya azadlığı bu formada görür. Bəzən ailədə kifayət qədər dinləmək, müzakirə etmək, hadisələrdən vaxtında xəbərdar olmaq kimi boşluqlar olur”. 
Mehriban Zeynalova bildirib ki, onlar ehtimalda ictimai qınağın təsirindən və təhlükələrdən uzaqlaşmaq üçün ölkədən gedə bilərlər:
“Nəticə, əslində, göz qabağındadır. Lakin bu nəticəni dəyişmək imkanı var. Nəticə bir neçə cür ola bilər. Ya bu qızlar hər hansı formada təhlükə altında yaşamalı olduğu üçün daimi gizlənə bilər. Bu isə özünə uyğun problemlər yarada bilər. Ya bu qızlar sərbəst həyat tərzini seçib, videoda göründüyü kimi peşə olaraq bunu seçə bilərlər, yaxud ictimai qınaq onları sarsıda və onlar öz həyatlarını kökündən dəyişə bilər. Bir ehtimalda ictimai qınağın təsirindən və təhlükələrdən uzaqlaşmaq üçün ölkədən gedə bilərlər. Baxır hansı mühitə, kimlərin çevrəsinə düşəcəklər…”.
Zeynalova qeyd edib ki, istənilən hadisədə səbəb var:
“Həmin qızlarla valideynlərlə, qohum, qonşularla danışmadan real səbəbi öyrənə bilməyəcəyik. Məncə, istintaq zamanı bu məsələləri araşdırmaq mümkün olub. Yaxud mütəxəssis işləsəydi, o ailə ilə real vəziyyəti daha yaxşı görə bilərdilər. Təəssüf ki, bu imkan olmadıqda mütəxəssislər ümumi cəmiyyətdən fərqli olaraq emosiyalarsız məsləyə baxmaq üçün faktlara söykənir”.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …