Cümə , Avqust 14 2020
Ana səhifə / Sosial / Vidadi Zeynalovun “Rabitəbank”ın fililal direktoru olan kürəkəninin xaricdə şirkəti üzə çıxdı

Vidadi Zeynalovun “Rabitəbank”ın fililal direktoru olan kürəkəninin xaricdə şirkəti üzə çıxdı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ilin oktyabrında MTN işi ilə bağlı həbs olunmuş sabiq Aparat rəhbəri Vidadi Zeynalov yenidən gündəmə gəlib.

Рəbsdən çıxdıqdan sonra onun Şamaxının Məlhəm kəndində eyniadlı restoran açıb. Lakin sonradan saytımıza açıqlama verən keçmiş aparat rəhbəri məlumatı təkzib edib.

Elə bu məsələdən sonra Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovla kürəkəni “Rabitəbank”ın mərkəzi filialının direktoru vəzifəsində çalışan Nəriman Muradovun Türkiyədə şərikli biznesinin olması barədə məlumat yayılıb. Həmin məlumatda bildirilirdi ki, onlara məxsus İstanbulda fəaliyyət göstərən inşaat şirkətdə Pərviz Zeynalov 75 faiz, Nəriman Muradov isə 25 faiz paya sahib olub.

Yeri gəlmişkən, Pərviz Zeynalov atası həbs edilənə qədər İqtisad Universitetində Həmkarlar Təşkilatının sədri olub. Həmin vaxt onu bu vəzifəyə hazırda hakim Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatınln sədri olan keçmiş rektor Şəmsəddin Hacıyev təyin edib. Vidadi Zeynalovun özü isə həm də İqtisad Universitetində Maliyyə kafedrasında ştatda olub. Keçmiş aparat həbs edildikdən sonra Şəmsəddin Hacıyevi əvəzləyən Ədalət Muradov həm onu, həm də oğlunu işdən çıxarıb.

Nəriman Muradovun adı isə ilk dəfə 2015-ci ildə “MTN işi” zamanı gündəmə gəlib. Həmin vaxt medianın yazdığına görə, onun atası Namiq Muradov polis zabiti olub.

Vidadi Zeynalov bu dəfə də kürəkəni ilə gündəmə gəlib. Jurnalist Cavanşır Həsənlinin yaydığı məlumata görə, keçmiş aparat rəhbərinin kürəkəni Nəriman Muradov 2016-ci il dekabrın 2-də Çexiya paytaxtında Azerantrips.com sro şirkətini qeydiyyatdan keçirib. Sənədlərə görə şirkət Praqanın Karlin rayonu, Kaizlovı sadı 434/13 ünvanında qeydiyyatdadır. Nəriman Muradovun ortaqları isə İlkin Həsənov və Ülvi Həsənzadədir. Turizm sahəsində fəaliyyət göstərən şirkət Praga Bələdiyyə Məhkəməsində C 266725 saylı lisenziya nömrəsi ilə qeydiyyatdan keçib.

Həmçinin oxuyun

Bu gün yağış yağacaq, dolu düşəcək

Azərbaycanda avqustun 14-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın …