Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Sosial / Veteranlara verilən 80 manat müavinət artırılacaq? – Açıqlama

Veteranlara verilən 80 manat müavinət artırılacaq? – Açıqlama

Ölkədə bahalaşma fonunda inflyasiya da sürətlənir. Mağaza və marketlərdə ərzaq məhsullarının qiyməti əl yandırır. Artıq marketə 100 manatla daxil olan alıcı 3-4 ərzaq məhsulu alandan sonra pulunun bitməsindən narazılıq edır. Ölkədə isə aztəminatlı, sosial həssas qrupa daxil olan insanların sayı az deyil. O təbəqəyə Vətən Müharibəsi iştirakçıları da daxildirlər.Müharibədən sonra onlara 80 manat məbləğində müavinət təyin olunub. Ancaq qazilərimizin çoxu əmək qabiliyyətli deyillər. Bahalaşma isə bu təbəqədən olan insanlarının güzəranına ciddi təsir göstərir.
Bəs növbəti aylarda müharibə veteranlarının müavinətləri artırıla bilərmi?

Məsələ ilə bağlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov Bakupost.az -a açıqlama verib.

Millət vəkili bildirib ki, hökumət qarşıdakı aylarda aztəminatlı, həssas qruplara daxil olan insanların qayğılarının qarşılanması ilə bağlı müsbət addımlar atacaq:

“Prezident İlham Əliyevin siyasətinin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır. Eyni zamanda dövlətin həyata keçirdiyi siyasət sosial yönümlüdür. Sosial tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi, digər tərəfdən, dövlət büdcəsində sosial tədbirlərə 40%-ə qədər vəsaitin ayrılması sosial siyasətin bariz nümunəsidir. Ölkədə ərzaq inflyasiyası var və bu, digər istiqamətlərə də öz təsirini göstərir. Bu da idxal olunan qiymət artımının təzahürüdür. Dövlət birinci növbədə sosial həssas təbəqənin büdcəsinin formalaşdırılması və mövcud proseslərdə ciddi ziyan çəkməməsi üçün çalışır. Bununla əlaqədar sosial təbəqənin maaşlarının artırılması ilə mövcud inflyasiya tempinin uzlaşdırılması prosesi həyata keçiriləcək. Pandemiya dövründə dövlətin böyük sosial paketlə çıxış etdiyini görmüşük. Hesab edirəm ki, indiki qiymət artımı və inflyasiya prosesində də hökumət vətəndaşını tək qoymayacaq”.

Həmçinin oxuyun

Pensiyaların indeksləşdirilməsi qaydasına dəyişiklik olunur

Əmək pensiyalarının indeksləşdirilməsi qaydasına dəyişiklik olunur. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək …