Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Veteranlar sığorta haqqının ödənilməməsindən şikayətlənirlər

Veteranlar sığorta haqqının ödənilməməsindən şikayətlənirlər

Aprelin 18-də bir qrup Qarabağ müharibəsi veteranı “Azərsığorta” Dövlət Sığorta Şirkətinin binası qarşısında etiraz aksiyası keçirib.

Onlar əlilliyin verilməsinə baxmayaraq, qanunla nəzərdə tutulan sığorta pulunu ala bilmədiklərindən şikayət ediblər.
“Hər dəfə bizi aldadırlar. Gah deyirlər, aprelin 14-də gəlin, gah deyirlər 15-də. Sonuncu dəfə aprelin 18-də veriləcəyini vəd etdilər. Ancaq bu gün bizi Dövlət Sosial Müdafiə Fonduna göndərirlər, onlar da “Azərsığorta”ya.Bizim müalicəyə ehtiyacımız var, amma pul vermirlər. Prezidentin sərəncamı var və biz bu pulu almalıyıq”, – aksiya iştirakçılarından biri deyib.

Etirazçıların qarşısına heç kim çıxmayıb. Onların nümayəndələri özləri “Azərsığorta” daxil olublar. Orada onlara bildirilib ki, bu məsələyə cavabdeh şəxs iş yerində yoxdur.

Bundan sonra veteranlarla şirkət əməkdaşları arasında mübahisə yaranıb. Bundan sonra etirazçıların nümayəndəsi “Azərsığorta” rəhbərliyinə dəvət olunub. Danışıqların necə başa çatdığı məlum deyil.Qeyd edək ki, müharibə veteranları vaxtaşırı aksiyalar keçirirlər, dövlət məmurlarının onların problemlərinə məhəl qoymamasından, hüquqlarını pozmasından şikayətlənirlər.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …