Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Vaxtından əvvəl nikaha daxil olanların STATİSTİKASI

Vaxtından əvvəl nikaha daxil olanların STATİSTİKASI

Nikahları rәsmi qeydә alınmış 18 yaşadәk gәlinlәrin sayı açıqlanıb. Ötən il ərzində bağlanan ümumi nikahların sayı 62 min 484 olub. Bu nikahlardan 338-də gəlinlərin yaşı 18-dən aşağı olub. Bəylər arasında isə yaşı 18-dan aşağı olan şəxs qeydə alınmayıb.

Qeyd edək ki, 2017-ci ildə isə 62 min 923 nikahdan 317-də gəlinlərin, 1-də isə bəyin yaşı 18-dən aşağı olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı 18 müəyyən olunub.

Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Sputnik

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …