Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Vaxtı keçmiş spirtli içkilər satan şərab evi aşkarlandı

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi aşkarlandı

Tovuz şəhəri, H.Aslanov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Qabil Musa oğluna məxsus şərab evində qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 65 litr olan 23 adda və müxtəlif çeşiddə yararlılıq müddəti bitmiş spirtli içkilərin satışının həyata keçirildiyi məlum olub.
Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib, istehlak üçün yararsız 65 litr spirtli içki satışdan kənarlaşdırılıb, sahibkara yeyinti məhsulları sahəsində müvafiq qanunvericiliyin tələbləri izah edilib və nöqsanların qısa zamanda aradan qaldırılması barədə göstəriş verilib, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.

Vaxtı keçmiş spirtli içkilər satan şərab evi aşkarlandı

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …