Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / “Vaşinqtonla danışmaq çətindir, onlar hər zaman səni eşitmirlər…” – Elmar Məmmədyarov

“Vaşinqtonla danışmaq çətindir, onlar hər zaman səni eşitmirlər…” – Elmar Məmmədyarov

“Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərə öz baxışı var. Bu, strateji tərəfdaşlıq münasibətləridir”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı bildirib.

“Biz Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsinin müəyyən edilməsinə başlamışıq”, – deyə nazir qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərinə toxunan E. Məmmədyarov bildirib ki, Vaşinqton müzakirələr üçün çətin tərəfdaşdır: “Onlar hər zaman səni eşitmirlər. Bununla belə münasibətlərimiz olduqca möhkəmdir. Biz Əfqanıstanla bağlı da birgə fəaliyyət göstəririk. ABŞ-la tərəfdaşlıq münasibətlərimiz olduqca uğurlu inkişaf edir. Lakin insan hüquqları sahəsində Rusiya kimi bizi də tənqid edir. Bu oyunun qaydası belədir”.(APA)

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın