Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Vasif Talıbovun rəqibi kimdir?

Vasif Talıbovun rəqibi kimdir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, YAP-ın 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə namizədi Vasif Talıbovun rəqibi müəyyənləşib.

Axar.az xəbər verir ki, Məmmədov Etibar Nəsrulla oğlunun sözügedən dairədən rəsmən namizədliyi qeydə alınıb.

Naxçıvan Dövlət Universitetində Magistratura üzrə dekan vəzifəsində çalışan E.Məmmədov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvüdür.

Mərkəzi Seçki Komissiyasının rəsmi saytında baytarlıq üzrə fəlsəfə doktoru olan E.Məmmədovun namizədliyini öz təşəbbüsü ilə irəli sürdüyü bildirilib.

Hazırda 1 saylı Şərur-Sədərək Seçki Dairəsində yalnız Vasif Talıbovla Etibar Məmmədovun namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkisi 1 noyabrda baş tutacaq.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın