Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Vasif Talıbov İran konsulluğna getdi – Başsağlığı verdi

Vasif Talıbov İran konsulluğna getdi – Başsağlığı verdi

İran İslam Respublikasının dördüncü Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlib, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Ali Məclisin Sədri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini kədərlə qarşıladığını bildirib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının mərhum lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən qoyulduğunu qeyd edib, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncaninin xidmətlərini diqqətə çatdırıb.

İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncaninin İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonra Qurani-Kərimdən ayələr oxunub.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın