Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Vasif Talıbov Acarıstana səfərə gedib

Vasif Talıbov Acarıstana səfərə gedib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 5-də Acarıstan Muxtar Respublikasına səfərə gəlib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Batumi hava limanında qonağı Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Lasa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.
Vasif Talıbov səfər çərçivəsində Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Azərbaycan ilə Gürcüstan, eləcə də Naxçıvan və Acarıstan muxtar respublikaları arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın