Cümə , Oktyabr 22 2021
Ana səhifə / Sosial / Valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürüldü

Valideynlərin xəbəri olmadan övladları başqa məktəbə köçürüldü

Abşeron rayonu, Xırdalan şəhər 2 nömrəli məktəbin valideynləri övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 3 nömrəli məktəbə köçürülməyindən narazıdırlar.
Məsələ ilə bağlı APA-ya müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 2 nömrəli məktəbin rus bölməsi üzrə I sinfinə qəbul olublar. Dərslərin açılmağına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 2 yox, 3 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbdə oxumağına etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.
Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib: “Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq”.

Həmçinin oxuyun

Jurnalist BNA-nın yalanını belə ifşa etdi – VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Bakı Nəqliyyat Agentliyinin (BNA) yarıtmaz fəaliyyətini sərt tənqid edib. Bundan sonra …