Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Vaksinlərlə bağlı TƏBİB-dən daha bir açıqlama

Vaksinlərlə bağlı TƏBİB-dən daha bir açıqlama

COVİD-19 əleyhinə hazırda tətbiq olunan vaksin virusun yeni ştammlarına qarşı da təsir göstərir.

Bunu “Trend”ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirib sağalan şəxslərdə qazanılan immunitet virusun yeni ştammına qarşı da effektivdir.

N.Mustafayeva qeyd edib ki, viruslarda mutasiyalar daimi olaraq baş verir. Sadəcə, onların bəziləri əhəmiyyətsiz olur:

“Son 1 ildə COVİD-19 virusunda yüzlərlə mutasiya baş verib. Son 3 mutasiya isə daha çox əhəmiyyət kəsb etdi. Çünki virusa daha sürətli yoluxduruculuq qabiliyyəti qazandırdı”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …