Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Sosial / Vaksin vurduranlardan təzyiqölçmə adı altında 30 manat… – Professor

Vaksin vurduranlardan təzyiqölçmə adı altında 30 manat… – Professor

“Özəl klinikalarda keçirilən əməliyyatlara dövlət müdaxilə edə bilməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla özəl klinikalarda vaksin vurdurmağa gedən vətəndaşlardan təzyiqölçmə adı altında 30 manat alınması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Professor bunun səbəbini sözü gedən tibb müəssisələrinin ödənişli olması ilə izah edib:

“Amma tibbi prosedurların düzgün aparılmasına Səhiyyə Nazirliyi və dövlətin müvafiq strukturları nəzarət edir. Bu barədə bizdə hər hansı məlumat yoxdur. Hər halda araşdırma tələb edən məsələdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə özəl klinikalarda vaksin vurdurmağa gedən vətəndaşlardan təzyiqölçmə adı altında 30 manat alınması ilə bağlı məlumatlar yayılıb.

Həmçinin oxuyun

Zorlanan qızcığazlar, bıçaqlanan qadınlar… – Sığınacaqdan REPORTAJ

Azərbaycanda hər üç qadından biri zorakılığa məruz qalır. Bu qadınların bir çoxu ailəsini dağıtmamaq üçün …