Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Sosial / Vaksin vurdura bilməyənlərinə nəzərinə – VİDEO

Vaksin vurdura bilməyənlərinə nəzərinə – VİDEO

Koronavirusa qarşı vaksinlərə əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ı veriləcək.

Bununla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib ki, vətəndaşlara sertifikatların verilməsi üçün xüsusi komissiya yaradaılıb.

Pərviz Abubəkirov vurğulayyıb ki, sertifikatlar yalnız əks göstərişi olan şəxslər üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyi digər şəxslərə isə müraciət edərək bildirib ki, virusdan qorunmağın yeganə yolu vaksinasiyadır.

Səhiyyə Nazirliyindən o da deyilib ki, sertifikat alan vətəndaşlar COVID-19 pasportu  tələb olunan yerlərə rahat şəkildə daxil ola biləcəklər.

Vətəndaşlar isə hesab edirlər ki, sertifikatların verilməsi ilə bəzi insanların narahatlığına son qoyula bilər.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 milyonu keçib.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …