Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Sosial / Vaksin olunanların nə qədəri virusa yoluxub?

Vaksin olunanların nə qədəri virusa yoluxub?

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya kifayət qədər sürətlə aparılır. Müşahidələrə görə, artıq vətəndaşlar peyvəndləməyə daha inamla qoşulmağa başlayıblar. Əgər belə davam edərsə, tez bir müddətdə virusla mübarizədə üstünlük əldə edə bilərik.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova deyib.

“Vaksinasiyanın effektivliyini özümüz də müəyyənləşdirməyə çalışırıq. Hazırda bu məqsədlə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tibb işçiləri üzərində tədqiqat aparılır. Tədqiqata 1500-ə yaxın tibb işçisi cəlb olunub. Onlardan peyvəndləmədən əvvəl və sonra qan analizləri götürülərək müəyyən göstəricilər yoxlanılır. Araşdırmanın ilkin nəticəsi müsbətdir. Ümid edirəm ki, həmin tədqiqatın son nəticəsi tezliklə ictimaiyyətə açıqlanacaq.

Dünyada da peyvəndlərin effektivliyinə və onların “delta” ştammına təsirinə dair araşdırmalar davam edir. Britaniya İctimai Səhiyyəsinin məlumatına görə, vaksinasiyadan keçənlər arasında COVID-19-a yoluxma halları peyvənd olunmayanlara nisbətən üç dəfə azdır.

Koronavirus ilk aşkarlanan dövrdən indiyədək müəyyən zaman keçib və Azərbaycan səhiyyəsinin dünya praktikasına əsaslanan təcrübəsi var. Virus, onun mutasiyaları, yoluxma şəkli, kimlərdə ağır keçmə ehtimalına dair kifayət qədər məlumata sahibik. Əvvəl virusla mübarizə üçün əlimizdə sadəcə maska geyinmək, əl gigiyenasına əməl etmək və məsafə saxlamaq kimi profilaktik tədbirlər var idi. Hazırda isə COVID-19-la mübarizədə ən effektiv üsul olan peyvəndlər mövcuddur. Baxmayaraq ki, yenə də yoluxma sayı artır, vaksinasiya aparılması bir qədər rahat nəfəs almağa imkan verir. Lakin arxayınlaşmamaq, sosial məsafəni gözləmək, izdihamlı mühitlərdən çəkinmək, əl gigiyenasına əməl etmək, dezinfektantlardan istifadə etmək, kütləvi toplanma yerlərində maska taxmaq vacibdir. Həmçinin peyvəndləmə prosesində aktiv iştirak önəmlidir”, – deyə mütəxəssis qeyd edib.

Həmçinin oxuyun

Sənədsiz evlərin qeydiyyatı nə yerdədir? – VİDEO

Ölkə üzrə sənədsiz fərdi yaşayış evlərinin uçota alınması davam etdirilir. Artıq 100 minlərlə mənzilin inventarlaşdırılması …