Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / Vahid Əhmədov prezidentə təşəkkür etdi – Fotolar

Vahid Əhmədov prezidentə təşəkkür etdi – Fotolar

Azərbaycanlı deputat Vahid Əhmədov Quba məzarlığının uçulub dağılmasının qarşısını almaq, bu erməni vəhşiliyinin canlı sübutu olan məzarlığın xüsusi qorunmasından ötrü köməklik göstərilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Ölkə başçısı deputatın qaldırdığı məsələyə  dərhal müsbət reaksiya verib.
Prezident İlham Əliyev Quba məzarlığında
Vahid Əhmədov  müraciətində məzarlıqdakı insan sümüklərinin çürüməsinin genişləndiyini, yeganə canlı nümunəmizin uçulub dağılmaq, məhv olmaq təhlükəsində olduğunu  qeyd edib. Millət vəkli şimal müxbirimizə yaxın günlərdə ölkə  prezdentinin  məzarlığın xüsusi mühafizə olunmasının təmin edilməsi, burada şüşəli muzey yaradılmasının təşkili məqsədilə xüsusi sərəncam imzalayacağının gözlənildiyini bildirib.
Vahid Əhmədov müraciətinə müsbət reaksiya verdiyinə görə prezident İlham Əliyevə təşəkkür etdi, hazırda ölkə başçısının tapşırığına əsasən müvafiq qurum və nazirliklərin rəsmilərinin birgə iş apardığını dedi.
Quba soyqırımı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Mədəniyyət və Turizm Nazirliyininə xüsusi arayış hazırladığını, prezidentin məsələyə qarışması ilə 10 ildir qaldırdığı məsələnin artıq həll olunmaq üzrə olduğunu vurğulayıb.
Onu da qeyd edək ki, Quba məzarlığının qorunması, burada ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş dinc insanların uyuduğu məzarlığın dağılma təhlükəsinin olması barədə ANS-in fəaliyyəti dövründə və İstiPress-də  də bir neçə dəfə videosüjetlər və yazılar vermişik.
Məsələnin həllində müsbət addımın atılmasına, Quba məzarlığı tapıldığı vaxtdan ilk süjet verən və indiyədək bu məsələni özünün prioritet mövzusu  hesab edən mətbuat təmsilçisi kimi , mən də çox sevinirəm və cənab prezidentə təşəkkür edirəm.(İstiPress)

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın