Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Vəzifəli şəxs işindəki nöqsanlara görə CƏZALANDIRILDI

Vəzifəli şəxs işindəki nöqsanlara görə CƏZALANDIRILDI

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Oxu.Az-a açıqlamasında araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığının məlum olduğunu bildirib:

“Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …