Çərşənbə , İyun 3 2020
Ana səhifə / Sosial / Vəzifəli vergi işçiləri məzuniyyətə çıxarkən müavinət alacaqlar

Vəzifəli vergi işçiləri məzuniyyətə çıxarkən müavinət alacaqlar

Prezident İlham Əliyev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanunu imzalayıb.

Sənədə əsasən, vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

Vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

Həmçinin oxuyun

Maska taxılması tələb olunan yerlərin – SİYAHISI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna …