Çərşənbə , May 22 2024
Ana səhifə / Sosial / Vəzifə maaşlarına əlavələrin neçə direktor və müavininə şamil olunacağı açıqlandı

Vəzifə maaşlarına əlavələrin neçə direktor və müavininə şamil olunacağı açıqlandı

Məktəb direktorlarına aylıq əlavələr hər il yanvar ayından etibarən məktəbdə nə qədər şagird qeydiyyatdadırsa, ona uyğun olaraq hesablanacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək: “Əvvəl şagird sayı 500 olan direktor da 650 manat vəzifə maaşı alırdı, bütün vergiləri çıxdıqdan sonra, 4000 şagird təhsil alan məktəbin direktoru da. Bu artımlar direktorların iş yükünə görə düzgün qiymətləndirilmələrinə gətirib çıxaracaq”.

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …