Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Sosial / Vətəndaşlar üçün 190 MANATLIQ TƏLƏ… – Dələduzluq ittihamı…

Vətəndaşlar üçün 190 MANATLIQ TƏLƏ… – Dələduzluq ittihamı…

Bakı sakini Zəhra İmanova başına gələn problemi diqqətə çatdırır. Narazı vətəndaşın gileyini olduğu kimi təqdim edirik:

“Bilmirəm mövzu qrupa nə qədər uyğundur, yenə də əsas odur şikayətim var! Özü də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən.
Deməli, min bir çətinlikdən sonra, bacım üçün haqqı olan 190 manatlıq aylıq ödənişi əldə edə bildik. İlk ay poçt vasitəsilə verildi, gec də olsa (artıq ay bitirdi) çağırdılar. Sonra deyildi ki, bəs kartla ödəniş olacaq, mesaj gələcək filan. Yeni ay da gəldi, keçdi, nə mesaj var, nə xəbər. Fikirləşdik ki, yəqin keçən ay ayın sonu (hətta, səhv eləmirəmsə, digər ayın ilk həftəsi) verildi deyə, yəqin o qayda ilə veriləcək, gözləyək. Xəbər çıxmayandan sonra özümüz maraqlandıq yenə ki, kart, pul hazırdı, amma heç kim xəbər verməyib gözləyiblər ki, bəs 6-cı hissimiz bizə desin ki, filan bankda, filan vaxt pul gələcək, get götür. Nə isə, ikinci ay da belə getdi. İndi də, yenə kartı yoxlayırıq, pul yoxdu. Yenə eləmədik tənbəllik zəng elədik ki, bəs nə məsələdi, indi hansı maraqlı bəhanələr deyəcəklər? Deməli, utanmaz-utanmaz deyirlər ki, bəs siz ikinci ay pulu kartdan gec çəkmisiniz deyə, sizin adınızı gecikənlər siyahısına salmışıq, gərək məktub yazasınız yenidən, nəbilim nə, verilsin pul.
Mənə maraqlıdır ki, pul mənim, kart mənim, istəyərəm yığıb saxlayıb birdən nəğdləşdirərəm, istəyərəm, günə 1 manat nəğdləşdirib 190 gün xərcləyərəm. Bax, bundan SİZƏ NƏ?! Camaat haqqı olan pulu, sizin kefivizə görə nağdlaşdırıb xərcləməlidi? Hamısı bir qırağa, mesaj gəlməyib, xəbər olunmayıb, vətəndaş əlinin için iyləyib ki, aha hansısa Allahın unutduğu bankda mənə kart təyin olunub və pul gəlib gedib nağdlaşdırım? Siz ümumiyyətlə, beyniniz ilə fikirləşib qərar verdiyinizə əminsiniz? Təzə üsuldur bu da kiminsə (harınlamışlardan birinin) cibinə əlavə pul getməyi üçün?!”. Dia.z

Həmçinin oxuyun

Messi qışda “Mançester Siti”yə keçə bilər

İspaniya “Barselona”sının futbolçusu Lionel Messi qışda İngiltərənin “Mançester Siti” klubuna keçə bilər. “Report”un “Daily Star”a …