Bazar ertəsi , Yanvar 17 2022
Ana səhifə / Sosial / Vətəndaş düz deyir, yoxsa ‘Baku- City’ MTK? – VİDEO

Vətəndaş düz deyir, yoxsa ‘Baku- City’ MTK? – VİDEO

Bakıda vətəndaşla MTK  rəhbərliyi arasında qalmaqal yaranıb. Pilot layihə çərçivəsində sökülən binanın sakini  MTK-nın  ona mənzil vermədiyini iddia edir. Qarşı tərəfin də iddiası isə belədir.  Həmin şəxs mənzilində qohumlarını da qeydiyyata saldırıb və  yeni tikiləcək binadan iki mənzil almaq istəyir.

MTK pilot layihə çərçivəsində yaşadığı evi söküb yeni bina tiksə də vətəndaşı mənzillə təmin etməyib. Bu iddia ilə paytaxt sakini Əhliman Hüseynov çıxış edir. O,  bu barədə ”Xəzər Xəbər”in votsap nömrəsinə məlumat verib.

Əhliman Hüseynov iddia edir ki, ”Baku- City” MTK 2019 cu ildə yaşadıqları Nərimanov rayonu Əşirəf Əlizadə küçəsi 42 ünvanındakı 5 mərtəbəli binanı pilot layihə çərçivəsində söküb. Tikinti şirkəti sakinlərlə razılığa gəlib ki, onlara 1 il 8 ay kirayə pulu veriləcək və sonra inşa ediləcək yeni binada evlə təmin olunacaqlar.

Əhliman Hüseynovun həmin MTK ilə problemi bununla da bitməyib. O, iddia edir ki, şirkət çoxmərtəbəli binanı tikdikdən sonra onu yeni mənzillə təmin etməyib.

Məsələ ilə bağlı tikinti şirkətinindən bildirdilər ki, Əhliman Hüseynov mənzilində qohumlarını da qeydiyyata saldıraraq yeni tikiləcək binadan iki mənzil almaq istəyir. Ona artıq 60 kvadrat metrlik bir mənzil verilib. Digər mənzilin isə binanın fərqli blokundan verilməsi təklif olunsa da, amma o bununla razılaşmayıb.

Vətəndaşın şikayəti ilə bağlı Nərimanov rayon icra hakkimiyyətindən bildirdilər ki, məsələni araşdıracaqlar və vətəndaşın haqlı hüquqlarının müdafiəsi ilə bağlı şirkətlə əlaqə saxlanılacaq.

Həmçinin oxuyun

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq – PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata …