Çərşənbə , İyun 29 2022
Ana səhifə / Sosial / Vətən Müharibəsi qəhrəmanı xərçəngdən sağaldı

Vətən Müharibəsi qəhrəmanı xərçəngdən sağaldı

Döyüş meydanında düşmənə böyük əzmlə qalib gəldiyi kimi, onu yaxalayan amansız xəstəliyi də mətin iradə ilə ram edə bilib.
Söhbət Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevdən gedir. Müharibədən qayıtdıqdan sonra xərçəngə tutulduğunu bilən igidimiz amansız mübarizə nəticəsində sağlamlığına qovuşub.

Oxu.az xəbər verir ki, təxminən bir il ölüm-dirim savaşından sonra qazimiz Türkiyədə müayinə edilib və məlum olub ki, o, tam sağlamdır. Beləliklə, Qəzənfərin həyatda qazandığı ikinci möhtəşəm qələbə onu yaxınlarına bir daha qovuşdurub.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev Murovdağ və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.

Həmçinin oxuyun

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişdi

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib.Bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları …