Cümə , Dekabr 9 2022
Ana səhifə / Sosial / Vəkil BNA-nın cəriməsinin qanunsuz olduğunu sübut etdi

Vəkil BNA-nın cəriməsinin qanunsuz olduğunu sübut etdi

Vəkil Kamran Məhərrəmova Bakı Nəqliyyat Agentliyinin (BNA) kamerası vasitəsilə dayanma-durma qaydalarını pozduğuna görə cərimə yazılıb.

Bu barədə büronun müdiri Sübhan Əliyev bildirib.

O deyib ki, vəkil məhkəməyə müraciət edərək, kamera ilə xətanı aşkar edib və cərimə edilmənin qanunsuz olduğunu sübut edib.

Bundan sonra məhkəmə cəriməni ləğv edib.

“Bu işlə bağlı məhkəməyə müraciət etməkdə məqsəd 20 manatın ləğvi yox, BNA tərəfindən kamera vasitəsilə cərimənin yazılmasının qanunsuz olduğunu sübut etməkdir”. Lent.az vəkilin dediklərindən sitat gətirib.

Həmçinin oxuyun

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Bununla bağlı Baş nazir Əli …