Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Uşaqların dini və yas mərasimlərinə aparılması yanlışdır”

“Uşaqların dini və yas mərasimlərinə aparılması yanlışdır”

Aşura günü ilə bağlı bəzi bölgələrdə azyaşlıların dini mərasimlərə qatılması cəmiyyətdə birmənalı qarşılanmış deyil. Maraqlıdır, uşaqların bu cür dini tədbirlərə qatılması onların psixologiyası baxımından nə dərəcədə düzgündür? Bunun uşaqların gələcəyi, onların psixologiyasının normal inkişafı baxımından hansısa fəsadı ola bilərmi?
Moderator.az-a açıqlama verən psixoloq Vəfa Əkbər azyaşlıların bu cür tədbirlərə qatılmasının doğru olmadığını vurğuladı:
“Din və dini mərasimlər mənəvi qidadır.  Yalnız müəyyən bir həyat yolu keçmiş, səhvləri, doğruları olan, bunları analiz etmək qabiliyyətinə malik olan şəxslər bunun mahiyyətini dərk edə bilər. Lakin azyaşlıları bu cür mərasimlərə cəlb etmək doğru deyil. Çünki həmin mərasimlərdəki gərginlik, ağlaşma, rituallar uşaqları qorxudur. Dünən yanıma bir xanm gəlmişdi. O, bildirdi ki, uşağı bu cür mərasimə aparandan sonra onda qorxu yaranıb. Anası deyir ki, uşaq gecə saatlarında qəfildən yuxadan oyanaraq “kim öldü, kim öldü” deyə soruşur, atasını, anasını yoxlayır, onların sağ olub-olmadığını bilmək istəyir.
Dini mərasimlərə qatılan uşaqlarda qorxu, fobiyalar yaranır. Yaxşı olar ki, valideynlər uşaqları bu cür mərasimlərdə iştiraka məcbur etməsinlər. Azyaşlılar təlimə, tədrisə, müxtəlif oyunlara, uşaq məclislərinə, əyləncələrə cəlb edilməlidir. Bunların əsasında formalaşmalıdırlar. Valideynlərin bir qismi isə buna lazımi diqqət yetirmir. Onları uşaqları mənəvi baxımdan “yandırırlar”. Onlar bununla sanki uşaqlara təlqin etmək istəyirlər ki, mən dinin önəmini gec başa düşmüşm, sən indidən başa düş. Lakin onlar anlamırlar ki, onlar bununla uşağın həyata, gələcəyə olan ümidini, sevgisini öldürür. Uşaq daha həyatsevər, çevik olsun deyə onu başqa şeylərə yönəltməliyik.
Biz uşaqların yas mərasimlərinə aparılmasına belə qarşıyıq. Həyatın bərkinə-boşuna düşməyən uşaqları belə yas mərasimlərinə aparanda onlarda qorxu yaranır. O ki qaldı kütləvi ritualların icra edildiyi bu cür mərasimlər uşaqları vahiməyə salır. Bəzən isə valideylər düşünmədən uşaqlara zədə yetirirlər. Bu, xüsusilə uşaq üçün qorxulu travmadır. Uşaq hansı halarda zədə alır? Ya səhv addım atanda yıxılır zədə alır, ya da valideyn tərəfindən qoyulan qadağanı pozanda valideyn tərəfindən cəzalandırılır. Lakin durduğu yerdə zədə alanda uşaq affekt vəziyytində olur. O düşünür ki, axı mənim heç bir günahım yox idi, niyə vuruldum? Belə olan halda insanlara, o cümlədən də doğmalara güvən ölür. Uşaq düşünür ki, səhv etmədən də zədə almaq olur. Yaxşı olardı ki, valideynlər bu istiqamətdə yetərincə maariflənsin, öz istəkləri üçün uşaqları qurban verməsinlər. Uşaqlarımız gələcəyimizin təməlidir. Əgər biz onları travmatik böyüdürüksə, bu, gələcəyimiz üçün yaxşı heç nə vəd etmir”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …