Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Uşaqları dənizə apararkən nəyə diqqət etməli? – Xəbərdarlıq

Uşaqları dənizə apararkən nəyə diqqət etməli? – Xəbərdarlıq

Uşaqları dənizə səhər saat 06:00-dan 11:00-a qədər və 16:00-dan sonra aparmaq lazımdır.

Bunu açıqlamasında K.Y.Fərəcov adına Elmi -Tədqiqat Pediatriya İnstitunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. 

Onun sözlərinə görə, uşaqlar dənizdə valideynlərin nəzarəti altında çimməlidirlər. Onları istidən, gündən və soyuqdəymədən qorumaq lazımdır. 

“Çimərliyə gedərkən mütləq vaxta və rejimə diqqət edilməlidir. Yalnız icazə verilən çimərliklərə getmək olar. Əgər çimərlikdən istifadə qadağandırsa, uşaqları həmin yerlərə aparmayın. Qadağan olunmuş çimərliklər təkcə böyüklər üçün deyil, həm də uşaqlar üçün təhlükəlidir. Bunlar diqqət edilməsə, uşaqlar arasında xəstəliklər yayıla bilər”, – N.Qurbanov qeyd edib. 

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …