Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Sosial / Uşaqlara işgəncə verənləri nə gözləyir? – 5 ilədək həbs…

Uşaqlara işgəncə verənləri nə gözləyir? – 5 ilədək həbs…

Bakıda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı iki nəfərin saxlanılması haqda xəbər vermişdik.

Mərkəzdə fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə xarakterli hərəkətlər edən mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəylinin polis əməkdaşları tərəfindən saxlanılıb və faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

Adıçəkilən şəxsləri hansı cəza gözləyir?

“Yeni Sabah” bildirir ki, sözügedən maddəyə görə, CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə (qəsdən sağlamlığa ağır zərbə vurma) səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə hadisəsi ilə bağlı iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

133.2. Eyni əməllər:

133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;

133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə;

133.2.6. işgəncə verməklə törədildikdə 

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin oxuyun

Son sutkada 108 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 108 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə …