Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / “Uşaqlar məktəbə, bağçaya getməsinlər!” – Baş pediatrdan xəbərdarlıq

“Uşaqlar məktəbə, bağçaya getməsinlər!” – Baş pediatrdan xəbərdarlıq

Son günlər Azərbaycanda uşaqlar arasında qrip mənşəli viruslara yoluxma halları qeydə alınır. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir. Belə hallarla üzləşən valideynlər övladlarının durumundan ciddi narahatlıq keçirir.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Unikal.org-a bildirib ki, buna kəskin respirator virus xəstəliyi deyilir. Bu virusun minlərlə növü var. Payız-qış mövsumu olduğu üçün buna soyuqdəymə xəstəliyi də deyirlər. Bu mövsum üçün xarakterik bir xəstəlikdir. Azərbaycanda heç bir virusun konkret epidemiyası yoxdur. Havaların soyuması ilə bu xəstəlik özünü biruzə verir.
-Uşaqlar necə qorunmalıdır?
-Valideyinlər uşaqları ciddi nəzarət etməli və onları soyuqdan qorumalıdır. Amma təəssüflər olsun ki, valideynlər bunun çox zaman öhdəsindən gələ bilmirlər. Bu da başa düşüləndir. Mən işdə virusa yoluxuram və gedirəm evdə uşaqlara da yayılır.
– Təklifiniz nədir?
-Bəzi valideynlər uşaqları virusa yoluxduğunu bilə-bilə onları bağçaya və yaxud məktəbə aparır. Amma onlar düşünməlidir ki, uşaqlar bu virusu digər yoldaşlarına da keçirə bilər. Ona görə, uşaq xəstələnirsə onları bağçadan, məktəbdən sağalanadək uzaq tutmaları tövsiyə olunur. Bununla belə, bəzi valideyinlər özləri virusa yoluxur və heç bir ehtiyat tədbiri görmür. Nəticədə övladını virusa yoluxdurur. Ona görə, valideynlər bundan ehtiyat etməlidirlər. Biz mümkün olanları etməliyik ki, gələcəymiz üçün sağlam uşaqların yetişməsinə yardımçı olaq. Qızdırma olduğu təqdirdə uşaqlara qızdırma salan dərmanlar verin. Paraçetamol tərkibli dərmanlar 6 saatdan bir məsləhət görülür. Amma bütün bunlar həkim məsləhətindən sonra edilməlidir.
-Nə üçün daha çox virusa uşaqlar yoluxur?
-Ataların bir sözü var. Deyirlər ki, qışın tədbirini yayda görərlər. Uşaqları yayda dənizə, quma, günəşə çıxarmaq, həmçinin, təzə meyvə, qidalar, yəni vitaminlə zəngin tərəvəzlər vermək lazımdır ki, belə aylarda uşaqların imuniteti möhkəm olsun. Belə olan halda başqa uşaqlar 4-5 dəfə xəstələnəndə, yuxarıdakı sadaladığım kimi etsələr uşaqlar uzağı bir dəfə xəstələnər.
Amma elə viruslar var ki, imuniteti olmayan hər bir kəsə yoluxa bilir. Virus da çox insanlar kimi “iki üzlüdür”. Bu gün yoluxur virusa imunitet formalaşır. Növbəti dəfə bu virusun genində mutasiya baş verir. Özünü başqa virus kimi göstərir. Artıq bədən özünü bundan qoruya bilmir. Sonda da bədəndə bakteriyalar baş qaldırmağa başlayır. Bədənin gücü azaldıqca burun ətrafı, boğazda, nəfəsdə bakteryal infeskiya yaranır. Bütün bunlar məntiqlə baş verən haldır.
-Virusdan bu il uşaqlar arasında ölüm halı baş veribmi?
-Allah göstərməsin. Belə halla mən rastlaşmamışam. İnanıram ki, bundan sonra da baş verməyəcək. Şükürlər olsun ki, həkimlərimiz bu xəstəliklərin qarşını ala biləcək gücə malikdirlər.

Həmçinin oxuyun

Azərbaycanda daha 4 267 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq …