Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Uşaq evlərinin yetirmələri üçün yeni binanın tikintisinə başlandı

Uşaq evlərinin yetirmələri üçün yeni binanın tikintisinə başlandı

Uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş uşaqlar üçün 120 mənzilli üçüncü binanın inşasına başlanılıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Bu da qlobal yoxsulluq səviyyəsindən 3 dəfə azdır.

N.Məmmədov bildirib ki, Azərbaycanda aztəminatlı ailələrə dövlət qayğısı göstərilir. 2003-cü ilə nisbətən 2018-ci ilin əvvəlinə ölkəmizdə əmək pensiyasının orta aylıq məbləği 11,3 faiz artıb. Bu dövrdə əmək pensiyasının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 17 dəfə artıb.

Bu ilin mayında “Əlillər haqqında” yeni qanunun qəbul edildiyini xatırladan N.Məmmədovun sözlərinə görə, nazirliyin nəzdində insan alveri qurbanları və insan alveri qurbanı olmaq təhlükəsi ilə üzləşənlər üçün ayrıca mərkəz yaradılıb. Bu mərkəz vasitəsilə 96 insan alveri qurbanına yardım göstərilib.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …