Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Uşaq baxçasında kütləvi zəhərlənmə – Uşaqlar xəstəxanaya yerləşdirildi

Uşaq baxçasında kütləvi zəhərlənmə – Uşaqlar xəstəxanaya yerləşdirildi

Gürcüstanda uşaq baxçasında zəhərlənmə hadisəsi baş verib.

Unikal.org xəbər veirr ki, Tsxaltubo bələdiyyəsinin Gequti kəndində yerləşən baxçada11 uşaq zəhərlənib.

Kutaisi şəhər xəstəxanasına yerləşdirən uşaqlarda qarın ağrısı, qusma və yüksək hərarət müşahidə olunur.

Zəhərlənmənin dəqiq səbəbi hələlik bəlli deyil. Ancaq uşaqların süd və ya tərəvəz məhsullarından zəhərləndiyi ehtimal olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin nümayəndələri zəhərlənmənin səbəbini aydınlaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirir.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …