Ana səhifə / Sosial / Uşaq bağçasında 3 yaşlı Zəhra Rzayevanın müəmmalı ölümü

Uşaq bağçasında 3 yaşlı Zəhra Rzayevanın müəmmalı ölümü

Bu gün səhər Moskvada dəhşətli faciə baş verib. Uşaq bağçasının tərbiyəçisi 3 yaşlı Zəhra Rzayevanın donmuş meyitini aşkarlayıb.

Virtualaz.org “Mash” teleqram-kanalına istinadən xəbər verir ki, səhər saat 9-da tərbiyəçi qadın uşaqları gəzintiyə çıxarıb, lakin az sonra hamı geri qayıdıb. Təxminən 2 saat sonra tərbiyəçi anlayıb ki, uşaqlardan biri yerində deyil. O, dayə ilə birlikdə bağçanın ətrafını nəzərdən keçirən vaxt 3 yaşlı Zəhranın qarın üstündə donmuş meyitini tapıb.

Hadisə yerinə gəlmiş təcili yardım həkimləri uşağın öldüyünü bildiriblər.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsində cinayət işi başlanıb.

Bu arada “360” telekanalı xəbər verir ki, Zəhranın atasının sözlərinə görə, bir neçə gün əvvəl qızının bədənində göyümtül izlər görüb. Azərbaycandan olan ailə uzun illərdir ki, Moskvada yaşayır. Ailədə Zəhradan başqa daha iki uşaq böyüyür.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …