Ana səhifə / Sosial / Uşağın cinsiyyətini öyrənmək qadağan olunur – VİDEO

Uşağın cinsiyyətini öyrənmək qadağan olunur – VİDEO

Azərbaycanda uşağın cinsiyyətini əvvəlcədən öyrənmək qadağan ediləcək. “Sağlamlıq Haqqında Qanun” layihəsi Milli Məclisin 2019-cu ilin yaz sesiyasında müzakirəyə qoyulacaq.

Sakin: “Qız da oğlan kimi övladdır. Niyə oğlanlara üstünlük verilir? Mən bu qərara müsbət baxıram”.

Sakin: “Bu fikirlə razı deyiləm. Ananın haqqıdır ki, övladının cinsiyyətini bilsin”.

Sakin: “Məncə, cinsiyyətin öncədən öyrənilməsi deyil, sonradan həmin uşağın məhv edilməsi qadağan olunmalıdır”.

Uşağın cinsiyyətinin ana bətnində olarkən öyrənilməsi qadağan edilə bilər. Bu barədə parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Millət vəkili bildirib ki, qanun lahiyəsi hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Həkimlər isə deyir ki, Azərbaycanda ailələrin əksəriyyətinin həkimə verdiyi ilk sual elə uşağın cinsiyyəti ilə bağlı olur.

Gülnarə Sultanqızı – Tibb elmləri namizədi: “Müraciət edən analara döl və onun sağlamlığı haqqında ətraflı məlumat vermək bizim borcumuzdur. Lakin, buna baxmayaraq ailənin özündə də maraq yaranır, uzanan kimi ilk sualı uşağın cinsiyyəti ilə bağlı olur. Oğlandır ya qız? Bu sual mütləq verilir”.

Sosioloqlar deyir ki, selektik abortlar problemi dünyanın bütün ölkələrində müzakirə mövzusuna çevrilib. Sadəcə bu məsələyə hüquqi yanaşma ilə bərabər ictimai qınaq da olmalıdır.

Üzeyir Şərifov – sosioloq: “İnnovativ sosial layihələr hazırlamaq lazımdır. Ailə qurmağa hazırlaşan gənclərlə işləmək lazımdır. Eyni zamanda abortları həyata keçirən həkimlərlə sosial iş aparmaq lazımdır. Bunun üçün könüllülərədən istifadə etmək olar.

Qeyd edək ki, uşağın cinsiyyətinin əvvəlcədən müəyyənləşdirilməsi bir çox inkişaf etmiş ölkələrdə də qanunla qadağan edilir.


  • Həmçinin oxuyun

    Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

    Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …