Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Uorlikin məsləhət verməyə haqqı yoxdur” – XİN

“Uorlikin məsləhət verməyə haqqı yoxdur” – XİN

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Twitter profili vasitəsilə Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi məsələsi üzrə məruzəçisi Robert Uolterin hesabatına dair şərhinə münasibət bildirib.

Azinforum.az həmin şərhi təqdim edir:

“ATƏT Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli istiqamətində hər hansı cüzi irəliləyişə belə nail olunmadığı halda, Ceyms Uorlikin münaqişənin həlli ilə əlaqədar digər təşkilatlara məsləhət və ya tövsiyə verməyə əsası və haqqı yoxdur. İndiyə qədər ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçirilən fəaliyyətin mahiyyəti sıfra bərabərdir. Bunun müqabilində münaqişənin həllinə töhfə verməyə çalışan digər beynəlxalq qurumların mənasız fəaliyyətlə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməsinə heç bir lüzum görülmür. Əksinə, ATƏT-in Minsk qrupunun həmsədrləri, xüsusilə Ceyms Uorlikin beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsi olan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın müvafiq qətnamələri, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair sənədlərinin məram və prinsiplərini rəhbər tutmasına və bu qurumlarla məsləhətləşməsinə ehtiyac var.

ATƏT-in Minsk qrupunun bu cür yarıtmaz fəaliyyəti hər bir vəchlə işğalçılıq siyasətini davam etdirmək və mövcud status-kvonu saxlamaq siyasəti güdən Ermənistanın maraqlarına xidmət edir.

Ceyms Uorlikin də Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinə xidmət edən bu planın tərkib elementi olması istisna deyil”.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın