Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Uorlik: “Həmsədrlərin Qarabağ münaqişəsi ilə bağlı vahid mövqeyi var”

Uorlik: “Həmsədrlərin Qarabağ münaqişəsi ilə bağlı vahid mövqeyi var”

Regiona səfərimiz zamanı bəyan etdiyimiz kimi həmsədrlər və həmsədr ölkələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid mövqe nümayiş etdiriblər.

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağda son gərginliyin aradan qaldırılması prosesində Rusiyanın ABŞ-la müqayisədə daha fəal olması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, vasitəçilər və həmsədr dövlətlər tərəfləri atəşkəsə əməl etmək üçün bütün tədbirləri görməyə və hərtərəfli sülh sazişi üçün dərhal danışıqlara başlamağa çağırıblar:

“Biz bu mesajları gücləndirmək üçün tərəflərlə birgə işləməyə davam edəcəyik və münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün tərəflərə bütün yollarla kömək etməyə hazırıq”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın