Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Umayra Tağıyeva:”Bu dəfə hava daha soyuq olacaq”

Umayra Tağıyeva:”Bu dəfə hava daha soyuq olacaq”

Fevralın 9-u və 10-da müşahidə ediləcək soyuq, küləkli hava şəraiti bu il yanvarın 24-də müşahidə edilən küləkli, yağıntılı hava şəraitindən daha kəskin, soyuq və uzunmüddətli olacaq.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvarın 24-dən fərqli olaraq, bu dəfə hava şəraitinin dəyişməsi prosesi iki gün davam edəcək:

“Artıq fevralın 7-i axşamdan bu proses başlayıb. Fevralın 8-də gün ərzində bu davam edəcək. Amma bu prosesin ən kəskin dövrü fevralın 9-da və 10-da olacaq. Fevralın 9-da gün ərzində və 10-da hava daha da pisləşəcək. Buna görə də bu proses bir qədər davamiyyətli olacaq”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …